Sevgidə qısqanclıq bəzən bağlılığın, bəzən isə sahiblənmə hissinin göstəricisidir. Astrologiyada bəzi bürclər bu duyğunu digərlərindən qat-qat güclü yaşayırlar.
Postxronika.az sevgidə ən qısqanc 5 bürcü təqdim edir:
• Əqrəb: Siyahının lideridir. İntuisiyası güclüdür, xəyanəti heç vaxt bağışlamır və tam bağlılıq tələb edir. Səssizcə müşahidə edər, araşdırar və şübhələri təsdiqlənsə, geri dönüşü olmayan qərarlar verərlər.
• Xərçəng: Xərçənglər zahirən sakit görünsələr də, daxilən fırtınalar qopur. Duyğusaldır və itirməkdən qorxur. Adətən içinə qapanır və partnyoruna emosional təzyiq göstərərək özünü günahkar hiss etdirməyə çalışır.
• Buğa: Həddindən artıq sahiblənəndir. Münasibətin sabitliyini pozacaq hər şeyə qarşı qısqancdır.
• Şir: Diqqət mərkəzində olmağı sevir. Rəqabətə dözümü yoxdur. Partnyorunun diqqəti başqasına yönələrsə, qüruru incinir.
• Qoç: Qoçlar rəqabəti sevirlər, ancaq söhbət sevgidən düşəndə rəqib görməyə dözümləri yoxdur. Şübhələndiyi an bunu gizlətmir, dərhal və sərt reaksiya verir.
Sevgidə ən qısqanc 5 bürc