ABŞ Prezidenti Donald Tramp Federal Rezerv Sistemi (Fed) İdarə Heyətinin sədri vəzifəsinə Kevin Uorşu namizəd göstərdiyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, Tramp Uorşun hazırda Hoover İnstitutu və Stanford Universitetində fəaliyyət göstərdiyini, eyni zamanda Duquesne Family Office şirkətində Stanley Druckenmiller ilə əməkdaşlıq etdiyini bildirib. O, Uorşun iqtisadiyyat və maliyyə sahəsində geniş təcrübəyə malik olduğunu, İngiltərə Mərkəzi Bankına reformlar təklif edən müstəqil bir hesabat təqdim etdiyini qeyd edib.
Trump Uorşun 2006–2011-ci illərdə Fed İdarə Heyətinin üzvü olduğunu və müxtəlif beynəlxalq vəzifələrdə çalışdığını vurğulayıb. Tramp onu “tarixin ən yaxşı Fed sədrlərindən biri” olacağına əmin olduğunu bildirib və Uorşun Senatın təsdiqi ilə vəzifəyə keçəcəyini xatırladıb. Hazırkı Fed sədri Cerom Pauel mandatı may ayında başa çatacaq.