ABŞ Prezidenti Donald Tramp sosial media paylaşımında, Kanada tərəfindən Gulfstream 500, 600, 700 və 800 təyyarələrinin sertifikatlaşdırılmamasına etiraz edib.
Postxronika.az xəbər verir ki, Tramp bildirib ki, bu qərar əsasında Bombardier Global Express və Kanadada istehsal olunan bütün təyyarələr Gulfstream tam sertifikat alana qədər ABŞ-də sertifikatsız sayılacaq. O, Kanada prosesinin Gulfstream məhsullarının satışını əngəllədiyini iddia edərək vəziyyət dərhal düzəlməsə, Kanada mənşəli bütün təyyarələrə ABŞ-a satış zamanı 50% gömrük vergisi tətbiq edəcəyini açıqlayıb.