Bəzi meymun növləri keçmişdə etdikləri səhv seçimləri yenidən nəzərdən keçirir və bu təcrübələrdən gələcəkdə daha düzgün qərarlar vermək üçün istifadə edirlər.

Postxronika.az " Nature Neuroscience", "MIT" və  "RIKEN"in tədqiqatlarına əsasən xəbər verir ki, insanlarda “peşmanlıq” hissi ilə əlaqələndirilən beyin sahələrinə bənzər bölgələr bu proses zamanı meymunlarda da aktivləşir.

Ancaq tədqiqatçılar bu vəziyyəti emosional bir peşmanlıq kimi deyil, daha çox “idrak fərqindəliyi və qərar analizi” kimi izah edirlər. Yəni meymunlar əvvəlki seçimlərinin nəticələrini dəyərləndirərək “başqa bir seçim daha yaxşı olardı” nəticəsinə gələ biləcək qədər idraki qiymətləndirmə aparırlar.