Bu gün UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Postxronika.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olanan mərasimdə Liqa mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşib. “Köhlən atlar” bu etapda “Nyukasl” ilə qarşılaşacaq.

Tərəflərin Bakıda baş tutacaq ilk matçı 17-18 fevral, cavab oyunu isə 24/25 fevral tarixlərinə təyin edilib.