Yeni bir araşdırmaya görə, insan bədəninin əsas bioloji saatı olan sirkadian ritm təkcə yuxu rejimini deyil, eyni zamanda ürək döyüntüsünü, qan təzyiqini, stress hormonlarını və maddələr mübadiləsini də tənzimləyir.
Postxronika.az "Science Alert"ə istinadən xəbər verir ki, tədqiqatçılar hər bir insanın bioloji ritminin fərqli olduğunu, ancq gec saatlarda fiziki və zehni baxımdan aktiv olan şəxslərin daha yüksək risk altında olduqlarını bildiriblər.
İngiltərədəki UK Biobank məlumat bazası əsasında aparılan və 300 mindən çox yetkin şəxsin 14 il ərzində izlənildiyi araşdırmada müəyyən edilib ki, gecə gec yatan şəxslərin ilk dəfə infarkt və ya insult keçirmə riski 16 dəfə yüksəkdir.