Türkiyə şou-biznesinin tanınmış siması Fatih Ürək 59 yaşında dünyasını dəyişib.
Postxronika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir reanimasiyada müalicə alan sənətçinin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, müğənni oktyabrın 15-də evində səhər yeməyi zamanı infarkt keçirib. Xəstəxanaya çatdırılan ifaçının ürəyi təxminən 20 dəqiqə dayansa da, həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılaraq reanimasiyaya yerləşdirilib, lakin edilən bütün tibbi yardımlara baxmayaraq o, vəfat edib.