ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu bir il ərzində ölkəyə təxminən 18 trilyon dollar investisiya cəlb etməyə nail olduğunu açıqlayıb.
Postxronika.az xəbər verir ki, dövlət rəhbəri bu göstəricinin Co Baydenin dörd illik fəaliyyətindən 18 dəfə yüksək olduğunu diqqətə çatdırıb. "The Wall Street Journal" üçün yazdığı məqalədə o, tarif alətlərindən istifadə edərək Amerika üçün nəhəng sərmayələr təmin etdiyini vurğulayıb.
Ağ Ev rəhbəri idxal rüsumları sayəsində 2025-ci ilin sonuna qədər iqtisadiyyata yönələn vəsaitin 20 trilyon dolları keçə biləcəyini qeyd edib. Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və əraziyə rüsumlar tətbiq etsə də, sonradan bəzi dövlətlər üçün bu dərəcələri dəyişdirib. Hazırda ABŞ lideri bu addımların ölkəyə görünməmiş maliyyə axını yaratdığını iddia edir.