Türkiyənin İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində aralarında məşhur simaların da olduğu 11 şübhəli şəxs saxlanılıb.

Postxronika.az xəbər verir ki, istintaq narkotik vasitələrin istehsalı, ticarəti, istifadəsinin asanlaşdırılması və qanunsuz saxlanılması maddələri üzrə aparılır. Regional miqyaslı tədbirlər İstanbul, Ankara, Muğla və Yalova şəhərlərini əhatə edərək eyni vaxtda həyata keçirilib.

Nəzarətə alınanlar arasında komediyaçı Hasan Can Kaya, "Reynmen" ləqəbli Yusuf Aktaş və reper Emirhan Çakal kimi tanınmış şəxslər var. Həmçinin Berkcan Güven, Fırat Yayla, Sıla Dündar və digər sosial media fenomenləri də əməliyyat çərçivəsində saxlanılanlar arasındadır. Müvafiq ünvanlarda aparılan axtarışlardan sonra şübhəlilər dindirilmə üçün polis idarəsinə aparılıblar. Hazırda prokurorluq tərəfindən başlanılan araşdırmalar davam etdirilir.