Ədliyyə Nazirliyinin açıqladığı yeni sənədlər Elon Maskın cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynlə əvvəllər güman edildiyindən daha geniş əlaqələrə malik olduğunu üzə çıxarıb.
Postxronika.az xəbər verir ki, cümə günü yayımlanan elektron poçt yazışmaları tərəflər arasında səmimi münasibətlərin və görüş planlarının mövcudluğunu sübut edir. Məlumata görə, 2012 və 2013-cü illərdə tərəflər Maskın “Kiçik Sent-Ceyms” adasına səfərini təşkil etmək üçün dəfələrlə əlaqə saxlayıblar. Milyarder 2013-cü ilin dekabrında bayram günlərində adanı ziyarət etmək istəyini bildirdikdə, qarşı tərəf ona “sənin üçün hər zaman yer var” cavabını verib. Sənədlərə əsasən, logistik problemlər səbəbindən sözügedən səfərin baş tutmadığı ehtimal edilir.