“Liverpul”un düşərgəsində baş məşqçi Arne Slot və yarımmüdafiəçi Kertis Cons arasında ciddi gərginlik yaşanıb. “Indykaila News”un klubdakı mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər arasında soyunma otağında “şok” qarşıdurma qeydə alınıb.

Postxronika.az xəbər verir ki, mübahisənin dəqiq səbəbləri açıqlanmasa da, hadisənin ötən həftə baş verdiyi bildirilir. Mersisayd təmsilçisinin yetirməsi olan futbolçu cari mövsümdə keçirdiyi 29 oyunda cəmi bir məhsuldar ötürmə edib. Bazar dəyəri 40 milyon avro qiymətləndirilən ingilis yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.