Fransa qanunvericiləri ölkənin aparıcı texnologiya şirkəti “Capgemini”dən ABŞ-ın hüquq-mühafizə orqanı (ICE) ilə imzaladığı mübahisəli sazişə görə hesabat tələb ediblər.
Postxronika.az xəbər verir ki, korporasiyanın törəmə qurumunun miqrantların yerini təyin etmək üçün xüsusi izləmə texnologiyası təqdim etməyə razılaşması ictimaiyyətdə ciddi etiraza səbəb olub. Dəyəri 4,8 milyon dollar olan müqavilə deportasiya əməliyyatlarına dəstək və şəxsi məlumatların yoxlanılması xidmətlərini əhatə edir. Nazirlər və deputatlar insan haqlarına zidd ola biləcək bu əməkdaşlığı pisləyərək, şirkəti fəaliyyətində şəffaflığa dəvət ediblər. “Capgemini” rəhbərliyi sənədin hələ qüvvəyə minmədiyini bildirsə də, İqtisadiyyat naziri verilən izahatları qənaətbəxş hesab etməyib.