“Mançester Yunayted”in kapitanı Bruno Fernandes cari mövsümün sonuna qədər komandasına “son bir şans” verib. 31 yaşlı yarımmüdafiəçi titul uğrunda real mübarizə apara bilməməkdən narazıdır.

Postxronika.az xəbər verir ki, “The Touchline” nəşrinin məlumatına görə, portuqaliyalı ulduz “Qırmızı şeytanlar”la kubok qazanmaq arzusunda olsa da, davamlı uğursuzluqlardan yorulub. Hətta futbolçunun qışda xidmətlərini “Real”a təklif etdiyi, lakin rədd cavabı aldığı bildirilir. Cari mövsümdə bütün turnirlərdə 22 oyuna çıxan oyunçu 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.