Fransanın məşhur Bordo şərab sənayesi dəyişən iqlim şərtlərinə və yeni istehlakçı vərdişlərinə uyğunlaşmaq üçün tarixi “klaret” növünü yenidən aktuallaşdırır.

Postxronika.az xəbər verir ki, 2025-ci ildən etibarən rəsmi status alan bu içkilər ənənəvi tünd qırmızılardan fərqli olaraq daha yüngül, az spirtli və təravətli dadı ilə seçiləcək. Qlobal istiləşmə səbəbindən üzümdə artan şəkər və alkoqol səviyyəsini tənzimləmək istəyən istehsalçılar gənc nəslin zövqünə xitab edən, sərin halda içilən məhsullara üstünlük verirlər. Ekspertlər yeni strategiyanın bahalı şərab imicini yeniləyəcəyini və bazarda azalan tələbatı bərpa edəcəyini proqnozlaşdırırlar.