İngiltərə Premyer Liqasında Xosep Qvardiolanın "Mançester Siti"dəki gələcəyi ilə bağlı sensasion iddialar gündəmə gəlib. Müqavilə müddətinin 2027-ci ilədək uzadılmasına baxmayaraq, ispan mütəxəssisin bu mövsümün sonunda postundan ayrılacağı ehtimal edilir.
Postxronika.az xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, rəqib klublardan birinin çalışdırıcısı öz rəhbərliyinə Qvardiolanın gedişinin qaçılmaz olduğunu bildirib. Artıq həmkarları arasında təcrübəli taktiki dahinin İngiltərə karyerasını bitirəcəyinə dair inam formalaşıb. Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in sükanı arxasında olan məşqçi komandaya Çempionlar Liqası və 6 ölkə çempionluğu daxil olmaqla, çoxsaylı titullar qazandırıb.