2025-ci ilin iyununda yayımlanan “KPop Demon Hunters” animasiya filmi qısa zamanda qlobal fenomenə çevrilib. Netflix tarixinin ən çox izlənilən layihəsinin saundtreki platin statusu qazanaraq musiqi dünyasında böyük səs-küy yaradıb.
Postxronika.az xəbər verir ki, ekran işinin "Golden" adlı hit mahnısı eyni vaxtda həm "Qremmi", həm də "Oskar" mükafatına namizəd göstərilməklə tarixi uğura imza atıb. Artıq "Qızıl Qlobus" qazanan layihənin dörd treki ABŞ hit-paradlarında ilk onluğa daxil olub. İcraçı prodüser İan Eisendrat bu nailiyyəti K-popun emosionallığı və peşəkar komanda işi ilə əlaqələndirir.