Fil balaları lazımi diqqət və sevgini görmədikdə depressiyaya düşür.


Postxronika.az "KupeFm" ə istinadən xəbər verir ki, anadan erkən ayrılma, tənha qalma və sosial bağların zəifliyi körpə fillərdə iştahsızlıq, özünə qapanma və təkrarlanan stress hallarına səbəb ola bilər.
Mütəxəssislər deyir ki, bu, fillər üçün sevgi və qayğının yalnız emosional deyil, eyni zamanda psixoloji bir ehtiyac olduğunu göstərir.