Ukraynanın elektrik şəbəkəsində yaşanan problemlər nəticəsində ölkədə və Moldovada enerji sistemində kəsinti yaşanıb.
Postxronika.az “Reuters“ə istinadən xəbər verir ki, paytaxt Kişinyov və ölkənin digər bölgələrində enerji fasilələrlə verilib.
Moldovanın energetika nazirliyinin məlumatına görə, iki ölkə arasında müştərək xəttin Ukraynaya düşən hissəsində olan problemlər Moldovada elektrik xətlərinin birində elektrik axınının aşağı düşməsinə səbəb olub.
Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında vəziyyətdən xəbərdar olduğunu, bütün lazımi tədbirlərin görüldüyünü elektrik təminatının bərpası üçün işlərin aparıldığını bildirib.
Qeyd edək ki, şəbəkədə yaranan texniki problemlər Ukraynanın paytaxtı Kiyev və digər bölgələrdə metro, trolleybusların hərəkətinin və bəzi xidmətlərin dayanmasına səbəb olub.