İranın cənubunda, Hörmüzqan əyalətinə bağlı Bəndər-Abbas şəhərində Müəllim prospektində yerləşən 8 mərtəbəli binada güclü partlayış baş verib.
Postxronika.az xəbər verir ki, hadisə nəticəsində dağıntı yaranıb, əraziyə dərhal çoxsaylı yanğınsöndürmə və axtarış-xilasetmə qüvvələri cəlb olunub. Əyalətin Böhran İdarəetmə Baş İdarəsinin rəhbəri partlayışla bağlı 4 nəfərin həlak olması, 10 nəfərin yaralanması barədə məlumatların yayıldığını, lakin bu rəqəmlərin hələlik rəsmi təsdiqini tapmadığını bildirib. Partlayışın səbəbi ilə bağlı hazırda rəsmi açıqlama verilməyib.