Konqo Demokratik Respublikasının Rubaya şəhərində yerləşən koltan mədənində güclü yağışlardan sonra uçqun baş verib. 

Postxronika.az xəbər verir ki, hadisə zamanı yeraltı şaxtalarda çalışan mədənçilər dağıntı altında qalıb. İlkin məlumatlara əsasən uçqun nəticəsində azı 226 mədən işçisi həyatını itirib, xəsarət alanlar isə Goma şəhərindəki tibb müəssisələrinə yerləşdirilib. Axtarış-xilasetmə tədbirləri bölgədə yol infrastrukturunun zəifliyi və mədən fəaliyyətlərinin nizamsız təşkili səbəbindən çətinliklə davam etdirilir. Yerli mənbələr bildirir ki, ərazidə təhlükəsizlik sistemlərinin olmaması bu cür faciələrin tez-tez təkrarlanmasına yol açır. Qeyd edək ki, 2025-ci ilin iyununda Masisi bölgəsindəki oxşar hadisə zamanı da 17 mədənçi həlak olmuşdu.