Paytaxt Karakasda məhkəmə ilinin açılış mərasimində çıxış edən Delsi Rodriqes Venesuelada ümumi amnistiya qanununun tətbiqinə qərar verildiyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, Rodriqes bu qərarın Prezident Nikolas Maduro və onun xanımı ilə aparılan məsləhətləşmələrin nəticəsi olduğunu bildirib. O, müxalifət və bəzi QHT-lərin işgəncə iddiaları ilə gündəmə gətirdiyi El Helikoide həbsxanasının bağlanacağını və obyektin sosial, idman, mədəni və ticarət mərkəzinə çevriləcəyini vurğulayıb.
Rodriqes amnistiyanın qətl, narkotik qaçaqmalçılığı, korrupsiya və insan hüquqlarının pozulması hallarına şamil edilmədiyini qeyd edərək, ölkədə barış və dinc birgəyaşayışa şərait yaratmaq istədiklərini deyib. Bu arada Nobel Sülh Mükafatı laureatı olan müxalif lider Maria Korina Maçado qərarın ABŞ-nin təzyiqləri ilə verildiyini iddia edib. Maçado Delsi Rodriqes etimad, sabitlik və keçid prosesi ilə bağlı siyasət formalaşdırmaq qabiliyyətinin olmadığını bəyan edib.