İsrailin Qəzza həyata keçirdiyi hücumlarda 28 fələstinli həlak olub.
Postxronika.az xəbər verir ki, Qəzza hökumətinə bağlı Media Ofisi və səhiyyə mənbələrinin açıqlamasında, İsrailin atəşkəsə baxmayaraq, sabahdan bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 28-ə çatıb. Sərbəst düşərgələrdə, yaşayış binalarında və polis mərkəzində edilən hücumlarda həm uşaq, həm də qadınlar daxil olmaqla çoxsaylı fələstinli zərər görüb.