"Şahdağ Qusar" futbol klubu heyətinə yeni oyunçu transfer edib.
Postxronika.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi "Neftçi" klubunun yetirməsi olan Ayxan Mustafazadə ilə rəsmi müqavilə imzalayıb. 20 yaşlı gənc mərkəz müdafiəçisi artıq yeni heyətdə çıxış edəcək.
Qeyd edək ki, gənc futbolçunun sonuncu klubu "Araz-Naxçıvan-2" komandası olub.