Ukraynanın Xarkov şəhərinə endirilən növbəti raket zərbələri nəticəsində mülki əhali arasında kütləvi yaralanma qeydə alınıb.

Postxronika.az xəbər verir ki, hücum nəticəsində azı 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 Zərbələr şəhərin yaşayış məntəqələrinə və mülki infrastrukturuna ciddi ziyan vurub. Xarkov vilayətinin quberniyatoru bildirib ki, yaralılar arasında uşaqlar da var və onlara təcili tibbi yardım göstərilir. Hadisə yerinə xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub, dağıntılar altında qalanların olması ehtimalı araşdırılır. Rəsmi Kiyev bu hücumu mülki əhaliyə qarşı yönəlmiş növbəti terror aktı kimi qiymətləndirib. Hazırda şəhərdə hava həyəcanı davam edir və əhalidən sığınacaqları tərk etməmək xahiş olunur.