Filippinin cənubunda "Trisha Kerstin 3" sərnişin bərəsinin batması nəticəsində həyatını itirənlərin sayı 36 nəfərə çatıb.

Postxronika.az xəbər verir ki, "GMA News"un yaydığı məlumata görə, Sahil Mühafizə Xidməti ərazidəki axtarış-xilasetmə tədbirləri nəticəsində indiyədək 316 nəfəri xilas edə bilib.

Qeyd edək ki, qəza yanvarın 25-də bərə Zamboanqa şəhərindən Joloya hərəkət edərkən Basilan əyalətinin Baluk adası yaxınlığında baş verib.