Rejissor Nik Svininin ərsəyə gətirdiyi, adı hələ açıqlanmayan film bu ilin sonuna doğru Netflix-də qlobal nümayiş açılacaq. Postxronika.az xəbər verir ki, Bu barədə “The Hollywood Reporter” eksklüziv məlumat yayıb.
Sənədli film 2022-ci ildə çıxan və “Stick Season”, “Northern Attitude” o cümlədən “Dial Drunk” kimi hit sinqllarla dördqat platin statusu qazanan albomdan sonrakı dövrdə Kahan-ın həyatını izləyir. Filmdə onun anşlaqla keçən turları, yeni musiqi üzərində işi, eləcə də şəxsi çətinliklərlə üzləşərkən Vermontdakı doğma köklərinə və ailəsinə qayıdışı göstərilir.
Filmin rejissoru “Santa Camp” layihəsi ilə tanınan Svinidir. Layihə “RadicalMedia”, “Live Nation Studios”, “Polygram Entertainment” və “Federal Films” şirkətlərinin istehsalıdır. Prodüserlər arasında Semanta Mustari, Deyv Sirulnik, Steysi Reiss, Ryan Kroft, Vaun Trudeau, Anna Keegan, David Blakman, Jeff Luduig və Devon Libran yer alır. İcraçı prodüserlər isə Dreu Simmons, Ryan Langlois, Michael Rapino, Jessica James Batista, Michael Yerke, Alex Maxwell, Monte Lipman, Jeffrey Remedios, Ben Adelson, Alex Coslov, Jon Kamen və Karla Zambranodur.