İranın Buşəhr əyalətində 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

Postxronika.az xəbər verir ki, bu məlumat "Azad İran" "Telegram" kanalına əsasən yayılıb. Yerli vaxtla saat 08:41-də baş verən təbiət hadisəsinin episentri 18 kilometr dərinlikdə yerləşib.

Seysmik aktivlik nəticəsində yaranan dağıntılar və ya insan tələfatı barədə hələlik rəsmi açıqlama verilməyib.