Bolqarıstanın 1 yanvar 2026-cı il tarixindən etibarən Avrozonaya rəsmi qəbulundan sonra ölkədə milli valyuta levdən avroya keçid prosesi davam edir. Ölkənin maliyyə qurumları nağd pul dövriyyəsində yaranan yüklənməyə baxmayaraq, sistemin problemsiz işlədiyini bəyan ediblər.

Postxronika.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) hesabatına əsasən, hazırda ölkədə "ikili dövriyyə" rejimi tətbiq olunur və vətəndaşlar ödənişləri hər iki valyuta ilə həyata keçirə bilirlər. İqtisadçılar bu inteqrasiyanın Şərqi Avropa bazarlarına investisiya axınını sürətləndirəcəyini proqnozlaşdırırlar.