“Rəfah” sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edir
Dünya
01.02.2026
12:40
10 baxış
Fevralın 1-i, bazar günü Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” keçid məntəqəsi sınaq rejimində fəaliyyətə başlayır.
Postxronika.az xəbər verir ki, təxminən bir illik fasilədən sonra açılan keçidin sabahdan tam iş qrafikinə keçməsi gözlənilir. Razılaşmaya əsasən, 150 nəfərin Qəzzadan keçidinin və təxminən 50 nəfərin Qəzzaya qayıtması təmin olunacaq. Hərəkət iştirakçıları İsrailin təhlükəsizlik təsdiqini aldıqdan sonra Avropa İttifaqı missiyasının nəzarəti altında sərhədi keçə biləcəklər.
Bu proses 2025-ci ilin yanvar ayında tətbiq edilən xüsusi tənzimləmə mexanizminə uyğun şəkildə həyata keçiriləcək. Sözügedən addım bölgədə humanitar gərginliyin azaldılmasına xidmət edir.