Ağsu-Bəhrəmtəpə avtomobil yolunun Ərəbmehdibəy kəndindən keçən hissəsində ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Postxronika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkət zamanı idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində avtomobildə olan 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev və 28 yaşlı İlkin Heybətov müxtəlif dərəcəli ağır xəsarətlər alıblar. Yaralılar dərhal Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.