Türkiyənin Tekirdağ vilayətindən Antalyaya yollanan sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Postxronika.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Antalya-İsparta magistral yolunun giriş hissəsində qeydə alınıb. Antalya valisi Hulusi Şahin mətbuata açıqlamasında ilkin məlumatlara görə qəza nəticəsində 8 nəfərin həyatını itirdiyini, 26 vətəndaşın isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Sözügedən nəqliyyat vasitəsi magistralın kənarındakı xəndəyə yuvarlanaraq yararsız hala düşüb.