"Liverpul" klubu niderlandlı sağ cinah müdafiəçisi Lutsarel Gertruyda ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Postxronika.az xəbər verir ki, jurnalist Fabritsio Romano 25 yaşlı "Leypsiq" oyunçusunun hazırda icarə əsasında "Sanderlend"də forma geyindiyini bildirib. Mersisaydlıların bu keçiddə israrlı olmasının səbəbi baş məşqçi Arne Slotun futbolçunu "Feyenoord"dakı birgə fəaliyyətlərindən yaxşı tanımasıdır. Almaniya təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi olan müdafiəçinin bazar dəyəri 20 milyon avro təşkil edir. Qeyd edək ki, bu mövsüm 18 oyuna çıxan Gertruyda Niderland millisində də 19 dəfə şans qazanıb.