İngiltərə Premyer Liqasının 24-cü turunda "Liverpul" öz meydanında "Nyukasl Yunayted"i darmadağın edib. Arne Slotun yetirmələri "Enfild"də rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

Postxronika.az xəbər verir ki, bu, mersisaydlıların cari təqvim ilində əldə etdiyi ilk qalibiyyətdir. Yanvar ayında keçirdiyi görüşlərdə qələbə üzünə həsrət qalan kollektiv nəhayət uğursuzluq seriyasına son qoyub. "Qırmızılar" növbəti turda – fevralın 8-də "Mançester Siti"ni sınağa çəkəcəklər.