Nigeriyalı hücumçu Ademola Lukman İtaliyanın "Atalanta" klubundan ayrılaraq karyerasını İspaniyanın "Atletiko" komandasında davam etdirəcək. Tərəflər ulduz futbolçunun transferi ilə bağlı tam razılıq əldə ediblər.

Postxronika.az xəbər verir ki, jurnalist Fabritsio Romano Madrid təmsilçisinin bu keçid üçün 35 milyon avro sabit məbləğ ödəyəcəyini, əlavə 5 milyon avronun isə bonus kimi nəzərdə tutulduğunu bildirib. Yeni klubu ilə uzunmüddətli müqavilə imzalayan 28 yaşlı forvard 2022-ci ildən bəri Berqamo təmsilçisində 137 oyuna çıxaraq 55 qol vurub. "Atalanta" ilə Avropa Liqasının qalibi olan Lukman 2024-cü ildə Afrikanın ən yaxşı futbolçusu adına da layiq görülüb.