İranın Ali dini lideri Əli Xamenei ABŞ rəhbərliyinə xəbərdarlıq edərək ölkəsinə qarşı başlanacaq hər hansı hərbi əməliyyatın genişmiqyaslı regional münaqişəyə yol açacağını bildirib.
postxronika.az xəbər verir ki, "Tasnim" agentliyinə istinadən yayılan məlumatda Xameneinin iranlıları Donald Trampın təhdidlərinə qarşı dik durmağa çağırdığı vurğulanır.
Ali lider Tehranın heç vaxt müharibə tərəfdarı olmadığını, lakin hər hansı bir təcavüzə dərhal və sarsıdıcı reaksiya verəcəklərini qeyd edib. O, ölkəsinin suverenliyinə zərər vuran tərəflərin layiqincə cəzalandırılacağını xüsusi olaraq diqqətə çatdırıb.