Təkirdağ–Antalya reysi ilə hərəkət edən, Buzlu şirkətinə məxsus sərnişin avtobusu Antalya vilayətinin Döşəməaltı rayonunda qəzaya uğrayıb. 

Postxronika.az xəbər verir ki, ilkin məlumata görə, avtobus Kömürlər qovşağında döngəni ala bilməyərək baryerlərə çırpılıb və dərəyə aşıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə, AFAD, jandarma və polis əməkdaşları cəlb olunub. Antalya valisi Hulusi Şahin bildirib ki, qəza nəticəsində 9 nəfər həyatını itirib, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Yaralılardan 7-nin vəziyyəti ağır qiymətləndirilir, onlardan ikisinin ətrafları amputasiya olunub və universitet xəstəxanasına köçürülüb. Qəzanın dəqiq səbəbi texniki ekspertizadan sonra müəyyən ediləcək, lakin ərazidə yolun yaş və sisli olduğu bildirilir.