İran parlamentində prezident seçkisi ilə bağlı iclas növbəti dəfə təxirə salınıb.
Postxronika.az xəbər verir ki, İraqın rəsmi INA agentliyinin məlumatına görə, iclas deputatların yetərsayının təmin olunmaması səbəbindən baş tutmayıb. Qeyd edək ki, oxşar səbəblə yanvarın 27-də planlaşdırılan iclas da keçirilə bilməmişdi. Ölkədə 2003-cü ildən sonra formalaşmış siyasi razılaşmaya əsasən, prezident kürd siyasi partiyalarının namizədləri arasından seçilir. Keçmiş prezident Cəlal Tələbani vəfat etdikdən sonra bu vəzifəni əsasən Kürdüstan Yurdsevərlər İttifaqının üzvləri icra edib. 2025-ci il noyabrın 11-də keçirilən ümumi seçkilərdən sonra isə Koordinasiya Çərçivəsi parlamentdə ən böyük blok olaraq Nuri əl-Malikini baş nazir postuna namizəd göstərib