İşğal altındakı İordan çayının Qərb sahilində İsrail zorakılığı misli görünməmiş həddə çatıb.
Postxronika.az xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) rəhbəri Filipp Lazzarini bölgədə baş verənləri “yetərincə işıqlandırılmayan səssiz müharibə” adlandırıb. Onun sözlərinə görə, 2023-cü ilin oktyabrından bu yana Qərb sahilində 1000-dən çox fələstinli öldürülüb, həlak olanların təxminən dörddə biri uşaqlardır. Lazzarini fələstinli icmaların sistemli şəkildə təzyiqə məruz qaldığını, zorla köçürüldüyünü və dolanışıq imkanlarının məhv edildiyini bildirib, bu pozuntuların əksəriyyətinin cəzasız qaldığını vurğulayıb. O, “Dəmir Divar əməliyyatı” çərçivəsində on minlərlə fələstinlinin hələ də didərgin vəziyyətdə olduğunu, evlərin isə geri dönüşün qarşısını almaq üçün mərhələli şəkildə dağıdıldığını qeyd edib. UNRWA rəhbəri beynəlxalq ictimaiyyəti diqqətini yalnız Qəzzaya deyil, Qərb sahilindəki ciddi humanitar hüquq pozuntularına da yönəltməyə çağırıb.