İspaniya La Liqasında 18-ci turun ilk oyununda “Rayo Vallekano” doğma meydanda “Xetafe”ni qəbul edib.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Matçda ilk qolun müəllifi ilk hissənin uzatma dəqiqəsində Jorge De Frutos olub. Qonaqların qolunu isə 2-ci hissənin ilk uzatma dəqiqəsində Mauro Arrambarri vurub.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Rayo Vallekano” 19 xalla 12-ci, “Xetafe” isə 21 xalla 10-cu pillədə qərarlaşıb.
Ayaz Zeynalzadə