Norveçin paytaxtı Osloda şahzadə Mette-Maritin oğlunun yeddi həftə davam edəcək məhkəmə prosesi start götürüb, lakin kral cütlüyü orada iştirak etməyəcək.
Postxronika.az xəbər verir ki, vəliəhd Haakon həyat yoldaşının bu həssas dönəmdə prosesdən kənarda qalaraq şəxsi səfərə yollandığını açıqlayıb. Saray rəsmiləri şahzadənin vaxtilə Epşteynlə əlaqələrini məhz onun kral ailəsinin nüfuzundan istifadə cəhdlərinə görə hələ 2014-cü ildə kəsdiyini xatırladıblar. Kral titulu daşımayan və taxt-tac varisliyi xəttinə aidiyyəti olmayan Höibinin işi ilə bağlı əlavə şərh verilməyib. Norveç kral məhkəməsi isə qərarın yalnız hüquq müstəvisində veriləcəyini əsas gətirərək susmağa üstünlük verib.