Bad Bunny və Kendrik Lamar musiqi dünyasının ən nüfuzlu mükafatlandırma mərasimində əsas qaliblər kimi tarixə düşüblər.
Postxronika.az xəbər verir ki, təntənəli gecə sənətçilərin Donald Trampın miqrasiya siyasətinə və ICE təşkilatının fəaliyyətinə qarşı sərt mesajları ilə yadda qalıb. Üç nominasiyada, o cümlədən "İlin albomu" üzrə qalib gələn Bad Bunny səhnədə “ICE-dən imtina et” şüarını səsləndirərək immiqrantları açıq şəkildə müdafiə edib. Mərasimin digər rekordçusu Kendrik Lamar isə beş statuetka əldə edərək "Qremmi" tarixində ən çox mükafat qazanan reper titulunu ələ keçirib. Billi Ayliş və digər ifaçılar da siyasi bəyanatlarla çıxış edərkən, Stiven Spilberq nüfuzlu EGOT statusuna yüksəlməyi bacarıb. Tədbir musiqi nailiyyətləri ilə yanaşı, hökumətə ünvanlanan "oğurlanmış torpaqlarda heç kim qanunsuz deyil" kimi çağırışlarla diqqət mərkəzində olub.