"Liverpul"da uzun illər Yurgen Kloppun sağ əli olan Pepin Lijnders əzəli rəqib "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi təyin edilib. Niderlandlı mütəxəssis bu gözlənilməz keçidlə bağlı keçmiş rəhbərinin maraqlı reaksiyasından bəhs edib.
Postxronika.az xəbər verir ki, Lijndersin sözlərinə görə, almaniyalı çalışdırıcı ona zarafatla "əgər bu işi görməsən, Qvardiolanın köməkçisi vəzifəsini mən tutacağam" deyib. Mersisaydlılarla keçirdiyi illəri unutmadığını vurğulayan məşqçi, Pepin futbol zəkasını "başqa planetdən" adlandıraraq bu qərarı verməyin onun üçün çox asan olduğunu bildirib.