ABŞ-da ənənəvi media qurumlarının texnologiya maqnatları tərəfindən ələ keçirilməsi azad sözün və obyektiv jurnalistikanın gələcəyini ciddi təhlükə altına qoyub.
Postxronika.az xəbər verir ki, "Amazon"un qurucusu Ceff Bezosun "Washington Post" qəzetində yüzlərlə əməkdaşı ixtisar etdiyi halda, Melaniya Tramp haqqında sənədli filmə 75 milyon dollar xərcləməsi redaksiya siyasətinin dəyişdiyini göstərir. Bənzər proses CBS News kanalında da müşahidə olunur; milyarder Larri Ellisonun nəzarətinə keçən kanalda araşdırmaçı reportajlar yerini siyasi şərhlərə və rəy yazılarına verir. Tənqidçilər bu tendensiyanı faktlara əsaslanan xəbərlərin sıxışdırılması və mətbuatın siyasi hakimiyyətə xidmət edən alətə çevrilməsi kimi qiymətləndirirlər. Baş verənlər cəmiyyətin real məlumat almaq imkanlarını məhdudlaşdıraraq avtoritar meyilləri gücləndirir.