İspaniyanın "Atletiko" klubu İtaliyanın "Atalanta" komandasından nigeriyalı hücumçu Ademola Lukmanın keçidini rəsmən razılaşdırıb.
Postxronika.az xəbər verir ki, artıq Madridə gələn futbolçu tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. Məşhur insayderlərin məlumatına görə, bu transfer paytaxt təmsilçisinə bonuslarla birlikdə ümumilikdə 40 milyon avroya başa gələcək. 2024-cü ildə Afrikanın ən yaxşı futbolçusu seçilən 28 yaşlı forvard Berqamo klubu ilə Avropa Liqasının qalibi olub. "Qızıl top" səsverməsində 14-cü yeri tutan oyunçu sabiq komandasında keçirdiyi 137 matçda 55 dəfə fərqlənməyi bacarıb.