Fransa çempionatında 17-ci turun ilk görüşü keçirilib.
Postxronika.az xəbər verir ki, Liqa 1-də "Tuluza" doğma meydanda "Lans" ilə qarşılaşıb. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb. 23-cü dəqiqədə Braziliyalı hücumçu Emerson qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.
1-ci hissədə qapılara qol vurulmayıb. Hesab 57-ci dəqiqədə açılıb. Vesli Said hədəfdən yayınmayıb. 85-ci dəqiqədə Yarımmüdafiəçi Adrien Tomasson topu rəqib qapısından keçirib. Oyunun sonuna əlavə edilmiş vaxtda müdafiəçi İsmaelo Qaniu matçın son qolunu vurub. Meydan sahibləri rəqib qapısına yol tapa bilməyib. Beləliklə, "Tuluza" doğma meydanda "Lans" kollektivinə 0:3 hesabla məğlub olub.
Turnir cədvəlində "Tuluza" 23 xalla 8-ci pillədə qərarlaşıb. Aktivinə 3 xal yazdıran "Lans" 40 xalla liderdir. Onu 36 xalla PSJ izləyir.
Türkanə Muradlı