İtaliyanın "Yuventus" klubu Fransa təmsilçisi "Nitsa"nın futbolçusu Jeremi Boqanın keçidini rəsmən açıqlayıb.
Postxronika.az xəbər verir ki, turinlilər kot-d'ivuarlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan icarə müqaviləsi imzalayıblar. Cari mövsümdə bütün turnirlərdə 20 matça çıxan oyunçu 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Bazar dəyəri 8 milyon avro olan Boqanın Fransa klubu ilə əsas sözləşməsi isə gələn il başa çatır. Hazırda A Seriyasında dördüncü pillədə qərarlaşan "Qoca Sinyora" bu transferlə orta xəttini daha da möhkəmləndirmək niyyətindədir.