Dünya "Qiyamət Saatı"na daha da yaxınlaşarkən, Pekinin sürətli və gizli şəkildə həyata keçirdiyi nüvə silahlanması bəşəriyyət üçün ən ciddi təhlükələrdən birinə çevrilib. Qlobal tərksilah diplomatiyasının iflasa uğraması fonunda Çin hökuməti beynəlxalq nəzarət müqavilələrindən yayınaraq hərbi gücünü artırmağa davam edir.
Postxronika.az xəbər verir ki, Qərb liderləri Si Cinpinlə görüşlərdə bu mövzudan yayısalar da, SIPRI-nin hesabatları rəsmi Pekinin yaxın illərdə raket arsenalını ABŞ və Rusiya səviyyəsinə çatdırmağı hədəflədiyini üzə çıxarıb. Ekspertlər bu aqressiv strategiyanın arxasında Tayvanı ələ keçirmək və ölkəni qlobal supergücə çevirmək ambisiyasının dayandığını bildirirlər. Pentaqonun xəbərdarlıqlarına rəğmən, Asiya nəhənginin modernləşdirmə proqramı mövcud beynəlxalq təhlükəsizlik balansını pozmaqdadır.