Münhenin "Bavariya" klubunun ulduz futbolçusu Harri Keyn Bundesliqada "Hamburq"la qeydə alınan gərgin heç-heçəni şərh edib.

Postxronika.az xəbər verir ki, ingilis hücumçu rəqibin öz meydanında yaratdığı atmosferin işlərini çətinləşdirdiyini, lakin ikinci hissədə komandasının daha təhlükəli oyun sərgilədiyini bildirib. Təcrübəli forvard sıx qrafikə baxmayaraq, kollektivin mübarizə əzmindən qürur duyduğunu vurğulayıb. O, mövsümün hələ uzun olduğunu əsas gətirərək, bu nəticəyə görə narahatlığa heç bir səbəb görmədiyini əlavə edib.