Fevralın 2-dən 6-dək ölkənin müəyyən ərazilərində istismar müddəti başa çatmış və istifadəyə yararsız hesab edilən döyüş sursatlarının planlı şəkildə zərərsizləşdirilməsi həyata keçiriləcək.
Postxronika.az xəbər verir ki, aidiyyəti qurumun yaydığı məlumata əsasən, bu proses zamanı bütün zəruri təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunacaq.
Məhv etmə əməliyyatlarının Pirəkəşkül qəsəbəsi yaxınlığında yerləşən poliqonda, eləcə də Ağdərə rayonu ərazisindəki təlim mərkəzində aparılması nəzərdə tutulub.
Qeyd olunan tarixlərdə eşidiləcək partlayış səsləri ilə əlaqədar vətəndaşlardan təşvişə düşməmək xahiş olunur. Rəsmi açıqlamada vurğulanır ki, narahatlığa heç bir əsas yoxdur və proses tam nəzarət altında icra ediləcək.
Hüseyn Rəşadoğlu