Fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itiriblər.

Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı sürücülərə müraciət ünvanlayıb. Qurum bəyan edib ki, yol hərəkəti qaydaları insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. İdarə sürücüləri sükan arxasında tələsməməyə, risk etməməyə və qaydalara biganə yanaşmamağa çağırıb. Qeyd olunub ki, yol səhvləri bağışlanmır və bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir.